Əlaqə

09:00 -18:00 açıqdır icon_widget_image Bakı şəhəri, N.Nərimanov rayonu Əli Əşrəf Əlizadə 61 küç icon_widget_image (+994 55) 220-50-88 (+994 50) 278-00-10 icon_widget_image [email protected]

Image Alt

Biz kimik

AZMETKİM – Etibarlı Təchizat, Dayanıqlı Əməkdaşlıq

  AZMETKİM şirkəti 2011-ci ildə müxtəlif sənaye sahələrinin kimyəvi məhsullara və texniki avadanlıqlara olan tələbatını qarşılamaq məqsədilə təsis edilmişdir. Şirkətin yaranmasında bu sahədə uzun illər təcrübəyə malik mütəxəssis İlyas Məmmədovun mühüm rolu və dəstəyi olmuşdur. Bu təcrübə İlyas Məmmədovun 1974-cü ildə ”Soyuz Ximreaktiv Dövlət Təşkilatının” “Bakı Kimya Reaktivlər bazasında çalışmağıyla başlayır və onun bilik və məsləhətləri AZMETKİM-in möhkəm təməl üzərində qurulmasında və inkişaf yoluna çıxmasında həlledici rol oynamışdır. Beləliklə, şirkətimizin deyure 14 il, bura qurucularımızdan olan İlyas Məmmədovun da təcrübəsini əlavə etsək şirkətin 50 ildən çox təcrübəsi var.

Bu gün AZMETKİM sürətlə inkişaf edən ticarət və təchizat şirkətidir. Bizim əsas məqsədimiz sənaye müəssisələrinin və istehsalat sahələrinin fasiləsiz fəaliyyətini təmin etmək üçün onları yüksək keyfiyyətli xammal, avadanlıq və xidmətlərlə vaxtında və etibarlı şəkildə təmin etməkdir.

Müştərilərimizin işini asanlaşdırmaq və onların satınalma prosesində xüsusi güvənli tərəfdaşa çevrilmək bizim üçün əsas prioritetdir. Belə ki , sıralarımızda yüksək peşəkarlığa malik qazma, kimya və mexanika mühəndisləri çalışır və gələn sorğular üzərində ciddi araşdırma aparılır və lazım gəldikdə müştəriyə gərəkli olan məsləhətlər, alternativ seçənəklər də təqdim edilir. Məhsulların istehsalı zamanı da istehsal prosesi tərəfimizdən ciddi müşahidə edilir.

AZMETKİM-in komandası kimya sənayesi (xüsusilə kimyəvi məhsulların və avadanlıqların satışı və tətbiqi), istehsal xətləri və tikinti (ABABİL) sahələrində dərin bilik və uzunillik təcrübəyə malik ixtisaslı mütəxəssislərdən ibarətdir.

AZMETKİM müştəri tələblərinə operativ cavab verir, qısa müddət ərzində fərdi yanaşmaya əsaslanan kommersiya təklifləri hazırlayır. Paralel olaraq, müəssisələrin məqsədlərini və texniki imkanlarını təhlil edir, daha yüksək səmərəlilik təmin edə biləcək alternativ məhsul və texnoloji həllər irəli sürür.

Şirkətin əsas məqsədi — Qafqaz Azərbaycan , MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya və Asiya–Sakit okean regionu da daxil olmaqla, geniş coğrafiyada aparıcı təchizatçılardan birinə çevrilməkdir.

Bu hədəfə çatmaq üçün AZMETKİM çevik əməkdaşlıq modeli və strateji rəqabət yanaşması ilə bazarda güclü mövqe qurmağa davam edir.