Əlaqə

09:00 -18:00 açıqdır icon_widget_image Bakı şəhəri, N.Nərimanov rayonu Əli Əşrəf Əlizadə 61 küç icon_widget_image (+994 55) 220-50-88 (+994 50) 278-00-10 icon_widget_image [email protected]

Image Alt

Biz kimik

1974-cü ildə İlyas Məmmədov tərəfindən müxtəlif sektorların kimya məhsullarına olan tələbatını ödəmək üçün qurulan şirkətimiz o illərdə çox az şirkətin göstərə bildiyi bir təşəbbüskar ruhla kimya məhsulları idxalına başlamış və qısa müddətdə kimya idxalçıları arasında lider şirkətlərdən biri olmuşdur.

AZMETKİM sürətlə inkişaf edən ticarət şirkətidir.Şirkətin fəlsəfəsi öz müştərilərini – sənaye və sənaye müəssisələrini xammal, avadanlıq və digər mal və xidmətlərlə fasiləsiz təmin etmək üçün işlək mexanizmlər yaratmaqdır. Şirkətlər üçün etibarlı tərəfdaş olmaq və onların satınalma departamentlərinin işini asanlaşdırmaq bizim üçün vacibdir. Təchizatçılarımızın etibarını itirməməyimiz də bizim üçün çox vacibdir. Bunun üçün biz istehsalçılarımıza alış/satış və ödənişlərimizlə bağlı vaxtında proqnozlar hazırlayır və göndəririk. Şirkət kimyəvi məhsulların, laboratoriyalar üçün avadanlıq və mebellərin, fabriklərdə istifadə olunan sistem suyunun təmizlənməsi və soyudulması üçün avadanlıqların, məsələn: soyutma qüllələri, soyuducular, əks osmos qurğuları, su yumşaldıcılar, dispenserlər və s. , xüsusi təyinatlı geyimlər, monitorinq cihazları ilə təmin edə, eləcə də müxtəlif sənaye sahələri üçün istehsal xətlərini hazırlaya bilər.

Fəaliyyət sahələrimiz:

  • Metallurgiya (qara və əlvan);
  • Suyun təmizlənməsi (bələdiyyə və sənaye);
  • Enerji (yaşıl, ənənəvi, nüvə)
  • Mədənçıxarma;
  • Neft və qaz;
  • Kimya sənayesi;
  • Əczaçılıq və tibb;
  • Aqrokimya və Qida;
  • Kağız və sellüloz;
  • Tekstil və dəri sənayesi.

Heyətimiz kimya sənayesi (kimya məhsullarının və avadanlıqlarının satışı və istifadəsini yaxşı bilən), istehsal xətləri və tikinti (ABABİL) sahəsində uzun illər təcrübə və geniş biliyə malik ixtisaslı mütəxəssislərdən ibarətdir. Komandamızda yeni nəslin çoxlu nümayəndələri də vardır – onlar bacarıqlara malik gənc və enerjili mütəxəssislərdir: təchizatçılarımızın məhsullarını keyfiyyətli təqdim etmək, danışıqlar aparmaq, müəssisələrin mövcud problemlərini və ehtiyaclarını müəyyən etmək, səlahiyyətli təklif etmək kimi bacarıqlara malikdirlər.

Mümkün olan ən qısa müddətdə müştərilərimizin istəyi ilə kommersiya təklifi tərtib edir, eyni zamanda müəssisələrin/müştərilərin məqsəd və texniki imkanlarını təhlil edərək onların istehsalında yüksək səmərəliliyi təmin edə biləcək alternativ məhsullar və həllər təklif edirik. Şirkət əsas məqsədə nail olmağa – Qafqazda, MDB ölkələrində, Yaxın Şərqdə, Mərkəzi Asiyada, eləcə də Asiya-Sakit okean regionu ölkələrində ən böyük təchizatçılardan birinə çevrilməyə çalışır. AZMETKİM çevik əməkdaşlıq sistemi yaradır və səriştəli şəkildə rəqabət siyasəti aparır.