Konsultasiya xidmətinə – Sənaye müəssisələrində tullantı sularının dövlət normativlərinə uyğun olub-olmamasının yoxlanılması aiddir.
“Azmetkim” MMC artıq 10 ilə yaxındır ki, Konsalting sahəsində bir çox yerli və xarici şirkətlərlə böyük layihələr həyata keçirir.Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssiələrin fəaliyyətinin təməl prinsiplərindən biri işçilərlə olan münasibətlərin düzgün tənzimlənməsidir.Bu da öz növbəsində insan resurslarının (qaynaqlarının) effektiv idarə edilməsini aktual olaraq ön plana çıxarır. Şirkətimizin peşəkar komandası bilik və təcrübələrinə əsaslanaraq yerli və xarici şirkətlərə digər xidmətlərlə paralel olaraq insan resurslarının idarə edilməsinin təşkili üzrə də xidmətlər göstərir. Əsas məqsədimiz idarəetmənin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə müəssisələrin fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.