Əlaqə

09:00 -18:00 açıqdır icon_widget_image Bakı şəhəri, N.Nərimanov rayonu Əli Əşrəf Əlizadə 61 küç icon_widget_image (+994 55) 220-50-88 (+994 50) 278-00-10 icon_widget_image [email protected]

  /  Xəbərlər   /  “General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

“General Polad Həşimov gəmisi” Ukraynadan günəbaxan yağı daşıyacaq

Bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, Mərkəz Ukrayna limanlarından ərzaq daşıyan iki gəminin yola salınmasına icazə verib.

“Birgə Koordinasiya Mərkəzi bu gün (dünən-red) 14 250 ton taxıl və digər ərzaq yükü olan iki gəminin yola salınmasına icazə verib. Sentyabrın 4-də “Mrc Lina” gəmisi Yujnı limanından Türkiyənin Mersin şəhər limanına 7,8 min ton günəbaxan yağı ilə yola düşəcək. Çernomorskdan “General Polad Həşimov” gəmisi 6,45 min ton günəbaxan yağı ilə Mersinə gedəcək”, – xəbərdə deyilir.

Bundan başqa, sentyabrın 4-də hava şəraiti ilə əlaqədar hərəkəti ləngimiş Ukrayna limanlarından taxıl, qarğıdalı, noxud və digər ərzaq məhsulları daşıyan 10 yük gəmisi yola düşəcək. Gəmilər Çin, İspaniya, Hindistan, Misir, Niderland, Türkiyə, İtaliya və Yunanıstan limanlarına yollanacaq.

Mərkəzin məlumatına görə, Qara dəniz təşəbbüsü zamanı taxıl və ümumilikdə ərzaq ixracı üçün 1,8 milyon tondan çox yük daşınıb. 167 uçuş həyata keçirilib.

Bundan əlavə, Mərkəz səkkiz gəmiyə baxış keçirib. 12 yük gəmisinin yoxlanılması sentyabrın 4-nə nəzərdə tutulub.

Post a Comment