Dekabrın 29-da kimya sənayesi üzrə ixtisaslaşmış “AZMETKİM” şirkətinin nümayəndələri Fransa-Azərbaycan Universitetində (UFAZ) olublar.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov “AZMETKİM” şirkətinin baş direktoru Saleh Məmmədov, Kimyəvi Layihələr şöbəsinin müdiri Rüxsarə Nuriyeva, Kimya Layihəsi Mütəxəssisi Cəmilə Abdullayeva, Layihə Satış Mütəxəssisi Sevinc Həsənova və Layihənin Satış üzrə Kiçik Mütəxəssisi Roksana Əliyeva ilə görüşüb. Görüşdə UFAZ-ın baş katibi Yelizaveta Bıdanova və Təhsil şöbəsinin müdiri Lətifə Nəsibova da iştirak ediblər.
Tərəflər mümkün əməkdaşlıq və təcrübə imkanlarını müzakirə ediblər.
19 oktyabr 2022-ci ildən etibarən açılışı olan 14-cü HVAC -Baku Aquatherm yarmarkasında “Niba” şirkəti ilə birlikdə “Azmetkim” şirkəti də iştirak edtmiş və Azərbaycan sahibkarlarına hər iki şirkət haqqında ətraflı məlumat verilmişdir.
“Baku Aquatherm” – HVAC sahəsində Azərbaycanın və Qafqaz regionunun ən böyük ixtisaslaşmış sərgisidir.
21 oktyabr 2022- ci il tarixində yekunlaşmış sərgiyə 279 dan çox şirkət qatılmış və B2B görüşlər keçirmişdir.
“Azmetkim” MMC komandası tərəfdaşlarla görüşmək və yeni layihələri müzakirə etmək üçün İstanbulda “Neu Chemi” – yə gəlib. Görüş zamanı şirkət gəzintisindən sonra Neu-Solenis ilə müqavilə imzalanıb.
4-7 Noyabr tarixlərində Abu Dabidə Dünyanın Ən Böyük Neft-qaz Energetika sərgisi olan “ADIPEC” baş tutmuşdur.
Bu sərgidə 2250-dən çox Qlobal enerji təşkilatları, Sənaye mütəxəssisləri, Neft-qaz sahəsində fəaliyyət göstərən şirkət və mütəxəssislər iştirak etmişdir.
ADIPEC tədbiri sənaye mütəxəssisləri üçün enerji və Neft-qaz sənayesində olan ən son yenilikləri birləşdirmək, əməkdaşlıq etmək, araşdırmaq üçün mühüm platformadır.
Sənaye liderləri ilə əlaqə qurmaq, innovativ texnologiyaları araşdırmaq və müzakirələrdə iştirak etmək üçün şansımızı dəyərləndirdik.
Azmetkim şirkəti olaraq, sərgidə iştirak etdik, əməkdaşlarımız, həmçinin mühəndis və mütəxəssislərimiz Abu Dabiyə ezam olundu.Sərgidə neft-qaz sahəsinə aid avadanlıqları və kimyasalları istehsal edən böyük şirkətlərlə tanışmaq və onlarla müzakirələr aparmaq şansımız oldu.
Öncədən tanıdığımız və böyük layihələrimiz olan şirkətlərlə, eləcə də Çin istehsalçıları ilə iş görüşmələri keçirdik.
Sərgi bizim üçün çox əhəmiyyətli və məhsuldar bir tədbir oldu.